Azərbaycanın işğal olunmuş əraziləri AP-də araşdırılacaq
19 Aprel 2012 Cümə Axşamı 07:00
AP Ermənistanı öz vətəndaşlarını hərbi xidmət üçün Azərbaycanın işğal olunmuş digər ərazilərinə göndərməməyə çağırıb.
Avropa Parlamentinin (AP) deputatları Ermənistanın Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində apardığı məskunlaşma siyasətini araşdıracaqlar. Avropa Parlamentinin Strasburqda keçirilən sessiyası çərçivəsində Ermənistanla Avropa Birliyi arasında assosiativ saziş üzrə danışıqların gedişinə dair qəbul olunmuş qətnamədə belə deyilir. Qətnamədə həmçinin Avroparlamentarilər Ermənistanı öz vətəndaşlarını müddətli həqiqi hərbi xidmət keçmək üçün Dağlıq Qarabağa və Azərbaycanın işğal olunmuş digər ərazilərinə göndərməməyə çağırıblar.
DOSTLARINLA PAYLAŞ: