Azərbaycanın inkişafı Sarkisyanı qorxudur
19 Noyabr 2011 Şənbə 07:12
Bunu Sarkisyan özü etiraf edib.
Ermənistanın prezidenti Serj Sarkisyan Azərbaycanın beynəlxalq enerji müqavilələri və hərbi büdcəsi səbəbilə narahat olduğunu deyib. ANS PRESS “Trthaber” saytına istinadən xəbər verir ki, bu barədə “Cənubi Qafqazda təhlükəsizlik” mövzulu iclasda çıxış edən Sarkisyan özü danışıb. Erməni prezident Azərbaycanın enerji layihələrindən bölgədə güc tarazlıqlarının pozulması istiqamətində istifadə etməməsinin labüd olduğunu deyib.
Azərbaycanın hər fürstdə Dağlıq Qarabağ probleminin sülh yoluyla həllinə tərəfdar olduğunu bildirən “Trthaber” Ermənistanın BMT və digər beynəlxalq qurumlarn qərar və qətnamələrinə baxmayaraq işğal etdiyi torpaqlardan çıxmadığını vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: