Azərbaycanın hərbi doktrinasının layihəsi Milli Məclisə göndərilib
26 May 2010 Çərşənbə 11:00
Azərbaycanın hərbi doktrinasının layihəsi Milli Məclisə daxil olub.
Bu barədə APA-ya açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. Onun sözlərinə görə, sənəd dövlət başçısı tərəfindən parlamentə bir-neçə gün əvvəl göndərilib: “Bu sənəd hələlik komitə üzvlərinə paylanmayıb. Ancaq yaxın günlərdə hərbi doktrinanın layihəsi ilə tanış ola biləcəyik. Bu sənədin bəzi müddəaları ilə Azərbaycanın Təhlükəsizlik Konsepsiyası arasında uyğunluq olacağını düşünürəm. Hesab edərəm ki, bu sənədin parlamentə daxil olması böyük hadisədir və onun tezliklə müzakirəyə çıxarılacağına inanıram”. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar