Azərbaycanın hakim partiyası: Müxalifətin razılaşdırılmamış aksiya cəhdlərinin qarşısı qətiyyətlə a
15 İyun 2011 Çərşənbə 10:28
“Yayın qızmar vaxtında mitinq keçirməyə cəhd göstərilməsi tamamilə başqa niyyətlərdən xəbər verir”.
“Birmənalı şəkildə bildirirəm ki, Azərbaycanın istənilən guşəsində, o cümlədən Bakı şəhərinin istənilən yerində razılaşdırılmamış aksiya keçirilməsi cəhdlərinin qarşısı qətiyyətlə alınacaq. Ola bilsin ki, müxalifətin radikal qanadını ölkədəki ictimai-siyasi sabitliyi pozmağa sövq edən qüvvələr mövcuddur. Belə bir fikri səsləndirmək üçün əsaslar da var. Yayın bu qızmar vaxtında mitinq keçirməyə cəhdlər göstərilməsi tamamilə başqa niyyətlərdən xəbər verir”. APA-nın məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov İctimai Palatanın iyunun 19-na təyin etdiyi aksiyaya münasibət bildirərkən deyib. O bildirib ki, müxalifət tərəfindən ölkənin ictimai-siyasi sabitliyini pozmaq istiqamətində cəhdlər ilk növbədə Azərbaycan cəmiyyəti tərəfindən kəskin tənqid edilir: “Azərbaycanda dayanıqlı ictimai-siyasi sabitlik mövcuddur, ölkə vətəndaşlarının hər biri bu sabitliyin faydasını görür. İnanıram ki, Azərbaycan cəmiyyəti müxalifətin razılaşdırılmamış aksiya cəhdinə dəstək verməyəcək. Onların bu cəhdi də iflasa uğrayacaq”.
Ə. Əhmədov Azərbaycan cəmiyyətinin mitinq əhval-ruhiyyəsini qəbul etmədiyini də vurğulayıb. O deyib ki, müxalifətçilik yalnız və yalnız küçələrə çıxmaq deyil: “Azərbaycan müxalifətinin əhəmiyyətli bir hissəsi konstruktiv mövqedə dayanaraq Azərbaycan cəmiyyətinin ayrı-ayrı kəsimlərinin maraqlarını ifadə etməyə çalışır”. APA
DOSTLARINLA PAYLAŞ: