Azərbaycanın Estoniyadan aldığı üç patrul kateri avqustun sonunda ölkəyə gətiriləcək
13 Avqust 2010 Cümə 19:05
Estoniyanın «Baltic Workboats AS.» şirkəti Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sifarişi əsasında WC 1500 layihəli patrul katerlərinin inşasını tamamlayıb. APA-nın məlumatına görə, bu barədə şirkət məlumat yayıb.
Katerlərin (3 ədəd) alğı-satqısına dair şirkətlə DGK arasında müqavilə 2008-ci ilin oktyabr ayında imzalanıb. Müqavilə üzrə ilk kater 2009-cu ilin noyabr ayında, növbəti 2 kater isə 2010-cu ilin yanvar və mart aylarında hazır olub. May ayında isə sınaqlar yekunlaşıb. Artıq katerlərin Bakıya göndərilməsi üçün xüsusi gəmi icarəyə götürülüb və katerlər avqustun sonlarında Azərbaycana göndəriləcək.

Qeyd edək ki, WC 1500 patrul katerlərinin uzunluğu 15 metrdir və sürəti saatda 40 mildir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar