Azərbaycanın birinci xanımı internat məktəbin açılışında iştirak edib-FOTO
13 Sentyabr 2012 Cümə Axşamı 23:39
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,millət vəkili Mehriban Əliyeva Bakının Xəzər rayonunun Buzovna qəsəbəsindəki 8 nömrəli sanatoriya tipli internat məktəbinin açılış mərasimində iştirak edib.
APA-nın xəbərinə görə, birinci xanım Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunmuş və yenidən qurulmuş internat məktəbində yaradılmış şəraitlə tanış olub.

Qeyd edək ki, 1962-ci ildən fəaliyyət göstərən məktəbdə o vaxtdan əsaslı təmir işləri aparılmayıb. Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” çərçivəsində internat məktəbinin binasının təmirinə bu ilin martında başlanılıb. Məktəbin həm tədris korpusu, həm də yataqxanası əsaslı təmir olunub və yenidən qurulub. Məktəbin həyətində 200 tamaşaçı yeri olan stadion da inşa edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar