Azərbaycandan Ukraynaya uçan təyyarə Kiyevdə eniş edə bilməyib
06 Fevral 2010 Şənbə 11:05
Dünən Bakı-Kiyev marşrutu üzrə hərəkət edən sərnişin təyyarəsi Kiyevdə qeyri-sabit hava şəraiti nəticəsində istiqamətini dəyişərək Türkmənbaşıda (Türkmənistan) enib.
Bu barədə «APA-ECONOMICS»ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildirilib.

Aeroportdan həmçinin bildirilib ki, Türkmənbaşıdan Kiyevə təyyarənin nə vaxt uçması hələ məlum deyil. Belə ki, Kiyevdə də güclü qar yağıntısı müşahidə olunur.

«Ümumiyyətlə, hazırda Bakı hava limanında heç bir uçuş və təyyarə qəbulu həyata keçirilmir. Dünən yerinə yetirilməli bir sıra sərnişin aviareysi isə bu gün saat 14:00-dək təxirə salınıb. Hava şəraiti imkan verərsə, aviareyslər yerinə yetiriləcək».

Qeyd edək ki, bu gün saat 14:00-dək təxirə salınmış aviareyslər sırasında Bakı-Rostov, Bakı-Tehran, Bakı-Aktau, Bakı-Tiflis və Bakı-Həştərxan marşrutları mövcuddur. Hava şəraiti yaxşılaşarsa, sözügedən aviareyslərə qeydiyyat artıq saat 12:00-da başlayacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar