Azərbaycandan Haitiyə yardım çağırışları
17 Yanvar 2010 Bazar 04:00
BAXCP: “Azərbaycan hökuməti də dünyanın digər ölkələrilə yanaşı Haitiyə yardım göstərməlidir”
“Haitidə baş verən dəhşətlı zəlzələ bəşər tarixinin ən ağır faciələrindən biridir. Yüzminlərlə insanın faciəsi heç bir halda diqqətdən kənarda qalmamalı, insanlıq hissi, duyğusu olan hər kəs təbii fəlakətin gətirdiyi ağır nəticələrin qismən də olsa aradan qaldırılması üçün Haiti xalqına dəstək olmalıdır”. Bunu BAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli deyib. Onun fikrincə, Azərbaycan hökuməti də dünyanın digər ölkələrilə yanaşı Haitiyə yardım göstərməlidir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: