Azərbaycanda zəlzələ oldu
11 Avqust 2014 Bazar Ertəsi 13:06
Azərbaycanda daha bir zəlzələ baş verib
Azərbaycanda daha bir zəlzələ baş verib.
ANS PRESS-in Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla verdiyi məlumata görə, yeraltı təkanlar Xəzər dənizində qeydə alınıb.
Zəlzələ yerli vaxtla 11:40-da baş verib və maqnitudası 3,3 bal olub. Təkanlar dənizin 62 km dərinliyində baş verib. Zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, bu gecə Azərbaycanın Şamaxı rayonunda zəlzələ baş verib. Yeraltı təkanlar Bakı vaxtı ilə saat 00.25-də qeydə alınıb.
Pirquludan 28 km şimal-qərbdə baş vermiş zəlzələ maqnituda 3.0 bal gücündə hiss olunub.
15 km dərinlikdə baş vermiş yeraltı təkanlar hiss edilməyib.
Zəlzələ nəticəsində baş vermiş dağıntı və insan tələfatı barədə məlumat verilməyib.
DOSTLARINLA PAYLAŞ: