Azərbaycanda tikinti qiymətləri ucuzlaşıb
07 Noyabr 2012 Çərşənbə 16:26
Ümumtəhsil məktəblərinin inşası üzrə qiymətlərdə 0,2 faiz bahalaşma müşahidə edilib.
Bu ilin III rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,2 faiz azalıb. Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, rüb ərzində yerüstü tikililər bölməsində 0,2 faiz, yol və körpü tikintisində 0,4 faiz ucuzlaşma müşahidə edilib.

Rüb ərzində yerüstü tikililərdən sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 0,2 faiz artıb, yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,3 faiz, istehsal təyinatlı obyektlərin tikintisi üzrə qiymətlər 0,6 faiz azalıb.

Yaşayış evlərindən 5 mərtəbəyə qədər evlərin tikintisi üzrə qiymətlər 0,4 faiz, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,2 faiz azalıb. Sosial təyinatlı binalardan inzibati binaların inşası üzrə qiymətlərdə 0,1 faiz azalma, ümumtəhsil məktəblərinin tikintisi üzrə isə qiymətlərdə 0,2 faiz bahalaşma müşahidə edilib. İstehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,6 faiz aşağı düşüb.

Rüb ərzində yol tikintisi üzrə qiymətlər 0,4 faiz, körpü tikintisi üzrə qiymətlər 0,1 faiz azalıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar