Azərbaycanda təkrar, əlavə və yeni bələdiyyə seçkilərinin vaxtı açıqlanıb
29 Sentyabr 2011 Cümə Axşamı 16:32
Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
APA-nın məlumatına görə, iclasda bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin keçirilməsi məsələsinə baxılıb. İclasa sədrlik edən MSK sədri Məzahir Pənahov bildirib ki, Azərbaycanda 23 dekabr 2009-cu ildə 1718 bələdiyyə üzrə seçkilər keçirilib: “1709 bələdiyyə formalaşdırılıb. 9 bələdiyyə ilə bağlı seçkilərin nəticəsi etibarsız hesab edilib. Həmin vaxtdan indiyədək 1 bələdiyyədə üzvlərin sayı kvormdan aşağı düşüb”.
M. Pənahov bəzi bələdiyyə üzvləri yerlərinin isə 1, 2 yaxud daha çox sayda müxtəlif səbəblərdən azaldığını bildirib
Ümumilikdə 320 bələdiyyə üzrə 464 yerə bələdiyyə seçkisi keçiriləcək.
“9 bələdiyyə tam tərkibdə yenidən seçiləcək”, - deyə, M. Pənahov bildirib.
Daha sonra bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin keçirilməsi barədə qərar qəbul olunub. Qərara əsasən, seçkilər 30 noyabr 2011-ci ildə keçiriləcək. APA
DOSTLARINLA PAYLAŞ: