Azərbaycanda sərnişindaşıma tarifləri ucuzlaşıb
10 May 2012 Cümə Axşamı 16:53
Azalma 0,4 faiz təşkil edib.
Bu ilin aprel ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 4,5 faiz artıb, sərnişindaşıma tarifləri isə 0,4 faiz azalıb. Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi ixrac üzrə 4,6 faiz ucuzlaşıb, idxal üzrə 3,9 faiz, yerli əlaqə üzrə isə 1,0 faiz, tranzit yüklərin daşınması üzrə 0,3 faiz bahalaşıb. Dəmir yolu vasitəsilə sərnişindaşıma tariflərində beynəlxalq əlaqədə 13,4 faiz ucuzlaşma müşahidə olunub.
Dəniz nəqliyyatı vasitəsilə xarici ölkələrə yükdaşıma tarifləri 5,4 faiz artıb. Hava nəqliyyatında 1 ton yükün MDB ölkələrinə daşınma tarifi 0,1 faiz, sərnişindaşıma tarifləri 13,3 faiz bahalaşıb, digər xarici ölkələrə isə sərnişindaşıma tarifləri 0,2 faiz ucuzlaşıb.
Boru kəməri vasitəsilə neftin nəqlolunma tarifləri 7,2 faiz artıb.
DOSTLARINLA PAYLAŞ: