Azərbaycanda sabiq həbsxana rəisi həbs edilib
17 Yanvar 2012 Çərşənbə Axşamı 11:42
Faiq Güləliyev külli miqdarda pul mənimsəməkdə ittiham olunur.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Salyanda yerləşən 5 saylı Cəzaçəkmə Müəssisəsinin sabiq rəisi həbs edilib. Bu barədə APA-ya Salyan Rayon Polis Şöbəsindən bildirilib.
Məlumata görə, Cəzaçəkmə Müəssisənin sabiq rəisi Faiq Güləliyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur. O, bir neçə vətəndaşı işə düzəltmək adı ilə aldadaraq külli miqdarda pulunu mənimsəməkdə günahlandırılır.
Faktla bağlı cinayət işinin istintaqı davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: