Azərbaycanda rekord lotereya uduşunun sahibi məlum oldu
13 Fevral 2013 Çərşənbə 15:54
Uduş sahibinin bank hesabına köçürülüb
Ötən ay “Azərlotereya” ASC-nin təşkil etdiyi “6/40” lotereyasının 200-cü tirajında keçirilən oyunda udulan rekord məbləğdə - 149 min 745 manat “cek pot”un sahibi məlum olub.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, uduşlu biletin sahibi Gəncə şəhər sakini Cavid Dilqəm oğlu Məmmədovdur. Artıq qazanılan məbləğin Cavid Məmmədovun bank hesabına köçürülməsi təmin edilib.
Qeyd edək ki, “Azərlotereya” ASC-nin bütün tirajlı lotereyalarında əsas uduşların məbləği 100 min manatı ötüb. Bu isə 2013-cü ildə keçirilən lotereya oyunlarında uduşların daha çox olacağını göstərir.
DOSTLARINLA PAYLAŞ: