Azərbaycanda Qurban bayramı noyabrın 6-da qeyd olunacaq
29 Sentyabr 2011 Cümə Axşamı 14:24
Azərbaycan zəvvarları Həcc ziyarətinə avtobuslarla oktyabrın 25-26-dan yola düşməyə başlayacaqlar.
Azərbaycanda Qurban bayramı noyabrın 6-da qeyd olunacaq. Azərbaycan zəvvarları Həcc ziyarətinə avtobuslarla oktyabrın 25-26-dan yola düşməyə başlayacaqlar. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Sabir Həsənli deyib. Onun sözlərinə görə, hər il olduğu kimi, bu il də Azərbaycandan təxminən 2000 nəfər Həcc ziyarətinə gedəcək. Həcc ziyarətinə avtobusla gedənlər 40-41 avtobusla yola düşəcəklər.

QMİ nümayəndəsi bu il Həcc ziyarətinə gedəcək avtobusların marşrutunda dəyişiklik olacağını açıqlayıb: “Suriyada anti Türkiyə əhval-ruhiyyəsi yarandığına görə, bu il avtobuslar İran, İraq, Səudiyyə Ərəbistanından keçəcək. Bu çox rahat bir marşrutdur”.

Hacı Sabir onu da deyib ki, İraq hökuməti Həcc ziyarətinə gedənlərin təhlükəsizliyinə təminat verib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar