Azərbaycanda qanunsuz mühafizə xidməti təşkil edən şirkətin rəhbəri barəsində cinayət işi başlanıb
18 Avqust 2010 Çərşənbə 12:25
Bakıda fəaliyyət göstərən “Alfa Mühafizə” MMC-nin rəhbəri barəsində cinayət işi başlanıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, “Alfa Mühafizə” MMC-nin rəhbəri Azər Tağıyev qanunsuz olaraq mühafizə xidməti təşkil etməkdə təqsirləndirilir. Bundan başqa, onun xidmətin əməkdaşlarına müvafiq icazə olmadan xüsusi geyim forması, rütbələrin və saxta xidməti vəsiqələrin verilməsi müəyyən edilib.

Faktla bağlı cinayət işi qaldırılıb, istintaq tədbirləri davam etdirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar