“AAC” innovasiya texnologiyaları əsasında qurulan və müasir standartlara cavab verən müəssisədir.
Son illər Azərbaycan iqrtisadiyyat böyük uğurlar qazanıb. Ölkə prezidenti İlham Əliyevin apardığı iqtisadi islahatlar nəticəsində bütün sahələr kimi tikinti sektoru da sürətlə inkişaf edir və burada ən müasir texnologiyalar tətbiq olunur.
26 dekabr 2011-ci il tarixində Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə “AAC” Müasir Tikinti Materialları Zavodunun rəsmi açılış mərasimi keçirilib. Dövlət başçısı istehsalat prosesini şəxsən işə saldıqdan sonra istehsal və hazır məshullarla yaxından tanış olub.
Qeyd edək ki, dövlət başçısının qeyri-neft sektorunda sənayeləşmə siyasətinə uyğun olaraq tikilmiş “AAC” Müasir Tikinti Materialları Zavodu da innovasiya texnologiyaları əsasında qurulan tam müasir standartlara cavab verən bir müəssisədir. Qafqazda ilk dəfə Azərbaycanda tikilən bu zavod Almaniyanın məşhur WERHANN şirkətinin yüksək texnologiyalı istehsal avadanlığı ilə təchiz edilib.
Zavod Bakı-Salyan şossesi, 47-ci km ünvanından 10 hektar sahədə yerləşir. Burada 12 min kv.m qapalı sahəsi olan məsaməli beton istehsalı zavodu, 6 min kv.m qapalı istehsal sahəsi olan yandırılmış və sönmüş əhəng istehsalı zavodu, Böyük Britaniyanın “CDE” şirkətinin ən son texnoloji avadanlığı lə təchiz edilmiş 3600 kv.m istehsal sahəsi olan kvars qumu yuma zavodu, 8800 kv.m olan hazır məhsul və 4500 kv.m sahəsi olan xammal anbarları, 1200 kv.m sahəsi olan ofis bina, 1500 kub metr su anbarı, 300 metr dəmir yolu xətti, 5400 kv.m nəqliyyat vasitələrinin saxlanılma və texniki xidmət sahəsi və 2500 kv.m digər təsərrüfat obyektləri yerləşir. Zavodun sahəsinə 15 min kv.m inkişaf ərazisi də daxildir.
“AAC” Müasir Tikinti Materialları Zavodunun Marketinq və Satış departamentinin müdiri Vüqar Həmidov bildirdi ki, zavodun tikintisinə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vasitəsi ilə 10 milyon manat dövlətin güzəştli krediti ayrılıb.
Zavodun prosesin baş mühəndisi Nail Abasov qeyd etdi ki, məsaməli betonun istehsalında yerli xammaldan istifadə olunur. Bu əsasən kvars qumu və əhəng daşıdır. Qum Abşeron rayonunda UmBakı kvars qumu yatağından birbaşa zavoda gətirilir.
Əhəng daşı isə Qazax rayonunda yerləşən əhəngdaşı karxanasından hasil və emal olunduqdan sonra dəmir yolu vasitəsilə zavoda çatdırılır. Yüksək keyfiyyətli xammal və Almaniyanın “Wehrhahn” şirkətinin məsaməli beton istehsalı üzrə müasir texnoloji avadanlığın istifadəsi nəticəsində keyfiyyətli və tikinti sahəsində öz yerini layiqincə tutacaq
“Gobustone” brendi ilə məsaməli beton blokları istehsal olunur. Hazırda zavodun istehsal gücü gündə 600 kubmetrdir.
Bunda əlavə, “AAC” Müasir Tikinti Materialları Zavodu gündə 100 ton yandırılmış və 120 ton sönmüş əhəng istehsal edir. Yandırılımış və sönmüş əhəng istehsalı “Wehrhahn” şirkətinin qabaqcıl texnologiyası əsasında qurulub.
Almaniyanın müasir tələblərə cavab verən avadanlığı ilə təchiz edilmiş laboratoriya vasitəsilə xammalın və hazır məhsulun keyfiyyətinə tam nəzarət edilir. Bu da məhsulun müasir standartlara uyğun istehsalına və keyfiyytinə təminat yaradır.
“Gobustone” məsaməli beton bloklarının xüsusiyyətləri:
-Termoizolyasiyalı - istilik keçirməmə xüsusiyyəti kərpicdən 6 dəfə yüksəkdir
-Ekoloji baxımdan təhlükəsiz - toksik deyil
-Səs izolyasiyalı - digər tikinti materiallarından dəfələrlə üstündür
-Yanğına davamlı - 10 sm qalınlığı olduqda, yanğına 2 saatdan artıq davamı olur
-Təzyiqə və zəlzələyə davamlıdır
-Asan emal olunan - asanlıqla işlənir və digər tikinti materiallardan nisbətən 3 dəfə tez inşa olunur
-Yüngü çəkili-yüngül çəki ilə iri və dəqiq ölçülər
-İqtisadi cəhətdən qənaətli - enerjiyə 30-40%, bünövrənin inşası zamanı məsrəflərə 20-30% qənaət edilir
“AAC” Müasir Tikinti Materialları Zavodunun tikinti meneceri Luts Vahhe əlavə edib ki, “AAC”ın müasir texnologiya ilə təchiz olunmaqla yanaşı, həm də “yaşıl” zavoddur. Belə ki, ərazisinin 20 faizini yaşıllıq zonası təşkil edir. Həmçinin buradakı istehsalat tamamilə tullantısızdır. İstehsalat qalıqları yenidən emal olunur, məişət və texniki sular isə təmzilənib təkrarən istifadəyə verilir.
Zavodda peşəkar işçi heyəti formalaşıb. Bu məqsədlə əməkdaşlar üçün Almaniyanın “Wehrhahn” şirkətinin Türkiyənin analoji zavodlarında treninqlər təşkil edilib. Burada işçilər üçün ayrıca yeməkxana, xüsusi iş geyimləri təminatı, tibbi və icbari sığorta, əmək təhlükəsizliyinə xüsusi nəzarət və əməkdaşların daşınması üçün nəqliyyat vasitələri mövcuddur. Hazırda zavodda 130 nəfər işçi çalışır. Orta aylıq əmək haqqı 760 manatdır.
Zavod ölkənin daxili tikinti bazarını təmin etməklə yanaşı, gələcəkdə məhsullarının ixracını planlaşdırır. “AAC”nin baş direktoru Teymur Abdurəhimovun sözlərinə görə, şirkətin məqsədi nəinki Azərbaycanın tikinti bazarını təmin etmək, həmçinin gələcəkdə qonşu dövlətlər - Rusiya, İran və Gürcüstana məhsulun ixracını həyata keçirməkdir. Çünki məsaməli beton məhsullarına tələbat böyükdür və bu, getdikcə artır. Azərbaycanda isə daha geniş çeşidli məhsul istehsal edəcək bu cür 2-ci zavodun tikintisi nəzərdə tutulur.
Əminliklə demək olar ki, Azərbaycanda inşa edilmiş bu müəssisə dünyada mövcud olan, eyni prinsiplə fəaliyyət göstərən istənilən zavodla müqayisə edilə biləcək səviyyəyə malikdir. “Wehrhahn” şirkətinin prezidenti Klaus Bönemannın fikrincə, “AAC” Müasir Tikinti Materialları Zavodu komplektləşdirmə baxımından nümunəvi hesab olunur. Belə olduğu halda Azərbaycanın inşaat sahəsində yeni bir dövr başlayır və bu cür zavodun tikilməsi barədə qərarın qəbulu təqdirəlayiqdir.