Azərbaycanda prezident seçkiləri üçün səsvermə keçirilir
03 Avqust 2014 Bazar 09:03
Azərbaycanda yaşayan Türkiyə vətəndaşları bu gün öz prezidentlərini seçmək üçün səs verməyə başlayıblar.
ANS PRESS-in məlumatına görə, bu gün Azərbaycanla yanaşı Bəhreyin, Çexiya, Finlandiya, Şimali Afrika, Gürcüstan, İran, İrlanda, İspanya, Kosova, Küveyt, Misir, Özbəkistan, Polşa, Sudan, Tunis, Ukrayna və Yeni Zellandiyada da səvermə keçirilir

Səsvermə yerli vaxtda səhər saat 08:00-da başlayıb və 17:00-da başa çatacaq.

Qeyd edək ki, xarici ölkələrdə ümumilikdə 2 milyon 801 bin 666 türk seçici yaşayır.

Türkiyə prezident seçkilərində yalnız iyulun 9-dək Mərkəzi Seçki Komissiyasının (MSK) saytında onlayn qeydiyyatdan keçmiş Türkiyə vətəndaşları səs verə biləcəklər.

Səsvermədə Azərbaycanda yaşayan 15 536 Türkiyə vətəndaşından 6305-i iştirak edəcək.

Prezident seçkilərinin ikinci turu keçiriləcəyi halda, Azərbaycanda səsvermə avqustun 17-də baş tutacaq

Qeyd edək ki, bir müddət öncə Türkiyə Mərkəzi Seçki Komissiyası xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının öz prezidentlərini seçmək üçün təyin olunan səsvermə vaxtları açıqlanıb.

Türkiyə Mərkəzi Seçki Komissiyasının qərarına görə, Almanya, ABŞ, Belçika, Danimarka, Fransa, Hollandiya, İsrail, İsveçre, İtalya, Şimali Kipir Türk Cümhuriyəti, Livan, Norveç, Rumınya, Səudiyyə Ərəbistanı və Türkmənistanda yaşayan Türkiyə vətəndaşları iyulun 31-dən etibarən öz namizədlərinə səs verməyə başlayıblar.

Kanada, Avstraliya və Rusiyada səsvermə prossesi 31 iyul və 2 avqust tarixlərində baş tutub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar