Azərbaycanda nömrələrin daşınması xidməti nə vaxt gerçəkləşəcək?
03 Dekabr 2012 Bazar Ertəsi 11:24
Prosesə 2013-cü ilin yanvarından start veriləcək
Azərbaycanda nömrələrin daşınması xidmətinə (MNP - Mobile Number Portability) 2013-cü ilin yanvarından start veriləcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
"Mobil operatorların şəbəkələrində xidmətin meydana çıxması rəqabətin güclənməsinə kömək edir ki, bu da öz növbəsində operatorların göstərdikləri xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və mobil rabitə xidmətlərinin tariflərinin tədricən azalmasına təsir edir", - nazir bildirib.
Nömrələrin daşınması operatora ayırılmış prefikslə birlikdə abunə nömrəsinin tam miqrasiyasını nəzərdə tutur.
DOSTLARINLA PAYLAŞ: