IDEA Beynəlxalq Ətraf Mühit Kampaniyası Azərbaycanda “Quşlar üçün ev dizaynı” layihəsinə başlayır.
IDEA Beynəlxalq Ətraf Mühit Kampaniyası Azərbaycanda “Quşlar üçün ev dizaynı” layihəsinə başlayır. AzərTAc xəbər verir ki, layihəyə əsasən, yerli və xarici dizaynerlərə, ekoloqlara Bakıda və regionlarında quraşdırılacaq quş evi dizaynını təqdim etmək təklif olunur. Əsas məqsəd köçəri quşları təhlükəsiz sığınacaqlarla təmin etməkdir.
Dizaynın müəllifi bir nəfər və ya bir neçə nəfərdən ibarət qrup ola bilər. Amma sonuncu halda nəzərdə tutulan 5 min manat (6500 dollar) qonorar qrupa daxil olan insanlar arasında bölünəcək.
Layihəyə maraq göstərən şəxslər öz təkliflərini və özləri barədə məlumatları iyulun 2-dək IDEA kampaniyasının
[email protected] elektron ünvanına göndərməlidirlər.
Təkliflərə iki ay ərzində ekoloqların və məşhur dizaynerlərin daxil olduğu təşkilat komitəsi tərəfindən baxılacaqdır. Qalib bu il sentyabrın əvvəlində elan olunacaq.
Quş evlərinin quraşdırılması ilə bağlı xərcləri isə IDEA kampaniyası çəkəcək.
Layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.