Azərbaycanda keçirilən parlament seçkilərində “exit-poll”a start verilib
07 Noyabr 2010 Bazar 08:40
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi” Azərbaycanda keçirilən parlament seçkilərində “exit-poll” tədqiqatına start verib.
APA-nın “ELS- Müstəqil Araşdırmalar Mərkəzi”nin qərargahından verdiyi məlumata görə, artıq məntəqələrdə işə başlanıb və ilkin məlumatlar saat 10-dan etibarən mərkəzə ötürüləcək.
Qeyd edək ki, “ELS - Müstəqil Araşdırmalar Mərkəzi" Azərbaycan üzrə 180 Seçki Dairəsində 1180 məntəqədə “exit-poll” keçirir. APA
DOSTLARINLA PAYLAŞ: