Azərbaycanda ilk dəfə beynəlxalq endirim kartları təqdim edilib
11 Yanvar 2012 Çərşənbə 19:20
“DəmirBank” müştərilərinə “Countdown” plastik kartları təklif etməyə başlayıb.
“DəmirBank” Azərbaycanda ilk dəfə olaraq müştərilərə dünyanın 34 ölkəsində 100 000-dən çox ticarət/xidmət mərkəzlərində 50 faizədək endirimlər təqdim edən “Countdown” plastik kartları təklif etməyə başlayıb. Bu barədə ANS PRESS-ə bankın mətbuat xidmətindən məlumat veriblər.
Dünyanın 34 ölkəsində 100 000-dən çox, həmçinin Azərbaycanda müxtəlif ticarət/xidmət mərkəzlərində “Countdown” loqotipi ilə xüsusi stikerlər 50 faizədək endirimlərin təqdim olunması imkanını əks etdirir.
Qeyd edək ki, “DəmirBank” plastik kart sahiblərinə “Card-to-Card” köçürmələri, SMS-Bankçılıq, İnternet-Bankçılıq və Telefon-Bankçılıq xidmətləri, kartla https://billpay.demirbank.az səhifəsində kommunal, mobil və stasionar rabitə, internet, kabel TV ödənişləri və sair xidmətlər təqdim edir. DəmirBank-ın kart sahibləri “İl Boyu Endirimlər” proqramı üzrə ölkənin müxtəlif ticarət və xidmət mərkəzlərində endirimlər də əldə edə bilər.
DOSTLARINLA PAYLAŞ: