Azərbaycanda bir sıra vergi bəyannamələrinə dəyişikliklər edilib
26 Yanvar 2012 Cümə Axşamı 12:48
Vergi ödəyicilərinin şəhər və mobil telefon nömrələri barədə müvafiq xanalar əlavə edilib.
Vergilər Nazirliyi bir sıra bəyannamələrə, hesabatlara və arayışa dəyişikliklər edib. Bu barədə nazirliyin saytında məlumat verilir. Bəyannamələrə, hesabatlara və arayışa vergi ödəyicilərinin şəhər və mobil telefon nömrələri barədə müvafiq xanalar əlavə edilib.

Bu dəyişikliklər 13 vergi bəyannaməsinə (“Mənfəət vergisinin bəyannaməsi”, “Əlavə dəyər vergisinin bəyannaməsi”, “Sadələşdirilmiş verginin bəyannaməsi”, “Yol vergisinin bəyannaməsi”, “Mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi”, “Aksiz bəyannaməsi”, “Mədən vergisinin bəyannaməsi”), 2 hesabat formasına və “Vergi öhdəliyinin yaranmaması barədə arayış”a şamil edilib.

Müvafiq dəyişiklik edilmiş bəyannamə, hesabat və arayış formaları vergi orqanları tərəfindən 01.02.2012-ci il tarixindən başlayaraq qəbul olunacaq.

Əlavə məlumat üçün 195 telefon məlumat xidmətinə müraciət edə bilərsiniz.



DOSTLARINLA PAYLAŞ:

oyunlar