Azərbaycanda bayram günlərinə görə işçiyə ödəniş olmalıdırmı?
16 Mart 2012 Cümə 12:45
İşçinin ezamiyyət günlərinin biri və ya bir neçəsi bayram günlərilə üst-üstə düşürsə, bu zaman həmin günlərə görə ödəniş necə edilir?
İşçinin ezamiyyət günlərinin biri və ya bir neçəsi bayram günlərilə üst-üstə düşürsə, bu zaman həmin günlərə görə ödəniş necə edilir? Bu suala cavab istəyən oxuculardan biri Day.Az saytına məktubla müraciət edib: "Tutaq ki, mən Azərbaycandan kənarda 1 həftəlik ezamiyyətdəyəm. Bu həftənin bir və ya bir neçə günü bayram günlərinə təsadüf edirsə, həmin günlərə görə ödəniş necə olmalıdır?"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məsələyə belə aydınlıq gətiriblər: "Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir:

əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla;

əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;

aylıq maaş alan isçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.

İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər".


DOSTLARINLA PAYLAŞ:

oyunlar