Azərbaycanda Avropa Məhkəməsinin qərarlarının icrası təmin edilir
11 Dekabr 2010 Şənbə 03:10
“Avropa Məhkəməsinin presedent hüququ Azərbaycanda hüququn tətbiqi təcrübəsində xüsusi yer tutur”
“Avropa Məhkəməsi qərarlarının icrasını təmin etmək məqsədi ilə Azərbaycanın müvafiq qanunvericiliyi təkmilləşdirilib”. Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Avropa İnsan Hüquqları Konvensiyasının 60 illiyinə həsr olunmuş beynəlxalq konfransda bəuan edib: “Azərbaycan məhkəmələrinin qəbul etdiyi qərarların təhlili göstərir ki, Avropa Məhkəməsinin presedent hüququ Azərbaycanda hüququn tətbiqi təcrübəsində xüsusi yer tutur. Avropa Məhkəməsi qərarlarının icrası ilə bağlı Azərbaycanda hüquq və azadlıqların məhkəmə sahəsində müdafiəsi üçün qanunvericilikdə instensional islahatlar aparılmışdır. Ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları göstərir ki, Avropa Konvensiyasının tam şəkildə implementasiyası üçün zəruri tədbirlər görülür”.
DOSTLARINLA PAYLAŞ: