Azərbaycanda avronun rəsmi məzənnəsi bu il ən minimal həddə düşüb
16 May 2012 Çərşənbə 11:06
Avronun məzənnəsi 22 aylıq minimuma enib
 Azərbaycanda avronun manata qarşı rəsmi məzənnəsi 1 EUR/1,0000 AZN səviyyəsinə düşüb. «APA-Economics»in məlumatına görə, sonuncu dəfə bu məzənnə göstəricisi (1 EUR/1,0003 AZN) 2012-ci il yanvarın 11-də qeydə alınıb.

Bundan sonra avronun rəsmi məzənnəsində artım baş verib:




Göründüyü kimi, mayın əvvəlindən keçən vaxt ərzində əvvəlki 4 ayda baş verən məzənnə artımı tam aradan qalxıb. Buna əsas səbəb Yunanıstanda baş verən hadisələr nəticəsində bütün Avrozonada yaranan problemlər olub. Xatırladaq ki, mayın əvvəlindən koalisiya hökumətinin yaradılması mümkün olmadığına görə Yunanıstanda siyasi böhran yaşanır və vəziyyətdən çıxış yolları hələ də müəyyənləşdirilməyib. Nəticədə, Yunanıstanın Avrozonadan çıxması ehtimalı daha da güclənib. Bu səbəbdən avronun dollara qarşı da məzənnəsi kəskin enib. Belə ki, mayın əvvəlindən avronun dollara qarşı məzənnəsi 1,32 dollardan 1,27 dollara qədər, yəni 3,8% düşüb. Həmin vaxt ərzində avronun manata qarşı məzənnəsi isə 1,04 manatdan 1 manata qədər, yəni 3,9% enib.

Xatırladaq ki, 2010-cu ilin iyulun 1-də avronun rəsmi məzənnəsi 0,9814 manatdan 1,0061 manata qədər artıb. Yəni, bugünkü məzənnə son 22 ayın ən minimal göstəricisidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar