Azərbaycanda ailə quranlar tibbi müayinə edilə bilər
29 Aprel 2010 Cümə Axşamı 15:20
Ailə Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı məsələ müzakirə olunub.
Milli Məclisin Sosial Siyasət Komitəsinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı məsələ müzakirə olunub. Komitənin sədri Hadi Rəcəbli bildirib ki, bu dəyişikliklər əsasən nikaha daxil olan şəxslərin tibbi müayinəsi ilə bağlıdır.
Müzakirələr zamanı bildirilib ki, məcəlləyə təklif olunan əlavə və dəyişikliklər günün tələbindən irəli gəlir. Son zamanlar ölkədə hemofiliyalı və talassemiyalı xəstələrin problemlərinin həllinə dövlət tərəfindən diqqət ayrılsa da, bunun kökündə, ilk növbədə, ailə və nikah məsələləri durur. Ona görə də məcəlləyə dəyişiklik olunması zəruridir.
Müzakirələrdə Səhiyyə, Ədliyyə, Maliyyə və digər nazirliklərin, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: