Azərbaycanda 8 nəfər qidadan zəhərləndi
28 May 2012 Bazar Ertəsi 13:41
Onlar pomidor və xiyardan zəhərləniblər.
Azərbaycanda bir gündə 8 nəfər qidadan zəhərlənib. ANS PRESS-in daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, mayın 28-də Abşeron rayonunda yaşayan Türkiyə vətəndaşı Tunca Nurten, Sumqayıt şəhər sakini Gülənbər Əlizadə və bacısı Aişə, Abşeron rayon sakini Sona Rəhimova və Beyləqan rayon sakinləri Maya Həsənova, Gülər Abdullayeva, Zəkiyyə Cabbarova və onun nəvəsi 10 yaşlı Vüsal Cabbarlı evlərində zəhərləniblər. Onlar qidadan (pomidor, xiyar) zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.
DOSTLARINLA PAYLAŞ: