Azərbaycanda 20 dini icmanın dövlət qeydiyyatına alınmasından imtina edilib
16 Avqust 2010 Bazar Ertəsi 17:50
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) 20 dini icmanın dövlət qeydiyyatına alınmasından imtina edib.
APA-nın xəbərinə görə, bu barədə DQİDK sədri Hidayət Orucov bildirib.
H. Orucov dövlət qeydiyyatından imtinaya əsas səbəb kimi həmin icmaların sənədlərini lazımi qaydada hazırlamaması, qanunvericiliyə və müvafiq təlimata uyğun olmamasını göstərib. O bildirib ki, hazırda Dövlət Komitəsinə qeydiyyat üçün müraciət etmiş təxminən 400 dini icmanın sənədlərinə baxılır: “Təkrar qeydiyyata alınma prosesi davam edəcək».
Qeyd edək ki, «Dini etiqad və vicdan azadlıqları haqqında» qanuna əlavə və dəyişiklik edildikdən sonra dini icmaların təkrar dövlət qeydiyyatına alınmasına başlanılıb. Təkrar qeydiyyata alınma prosesi başlayandan qeydiyyata alınan dini icmaların sayı 450-yə çatıb. APA
DOSTLARINLA PAYLAŞ: