Azərbaycana erməni məhsullarının gətirilməsinin qarşısı alındı
04 İyun 2013 Çərşənbə Axşamı 12:11
Laborator müayinədən sonra həmin məhsulların insan orqanizmi üçün təhlükəli olduğu müəyyənləşib.
Dövlət Gömrük Komitəsinin əməkdaşları ölkəyə erməni məhsullarının gətirilməsinin qarşısını alıblar. Komitə əməkdaşları Gürcüstan və Rusiya istiqamətindən Azərbaycana gətirilməsinə cəhd göstərilən xeyli miqdarda Ermənistan istehsalı konyak, araq, siqaret və qəhvə məhsulları aşkar ediblər.

Nəticədə, Mərkəzi Gömrük Ekspertiza İdarəsinin laborator müayinəsindən sonra müəyyənləşdirilib ki, həmin məhsullar saxta, istehlak üçün yararsız, tərkibində insan orqanizmi üçün təhlükəli və zəhərli maddələr var.

Gömrük orqanları tərəfindən istehlakçıların hüquqlarının və mənafeyinin müdafiəsi məqsədilə onların sağlamlığı üçün ciddi təhlükə doğuran bu cür məhsullar məhv edilir. Dövlət Gömrük Komitəsi bir daha həcmindən asılı olmayaraq bu cür məhsulların ölkəyə gətirilməsinin qarşısının qətiyyətlə alınacağına xəbərdarlıq etmişdir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar