Azərbaycana casusluqda ittiham olunan erməni hərbçinin məhkəməsi başlayıb
23 Yanvar 2010 Şənbə 00:20
Məhkəmədə ittiham tərəfini ölkənin baş prokuroru Aqvan Ovsepyan şəxsən təmsil edib
İrəvanda Ermənistan Müdafiə Nazirliyinin Azərbaycana casusluqda ittiham olunan keçmiş əməkdaşının məhkəməsi başlayıb. Məhkəmədə ittiham tərəfini ölkənin baş prokuroru Aqvan Ovsepyan şəxsən təmsil edib.

İlkin istintaqın gəldiyi nəticəyə görə, Q. Ayrapetyan 2009-cu ilin aprelində Azərbaygcan xüsusi xidmət orqanları tərəfindən ələ alınıb. İttiham aktında deyilir ki, Müdafiə Nazirliyinin əməkdaşı aldığı tapşırığa əsasən Ermənistan silahlı qüvvələrinin döyüş qabiliyyəti barədə məlumatları, eləcə də antierməni təbliğatının aparılması üçün müəyyən materialları Azərbaycan tərəfinə ötürüb. Guya, Q.Ayrapetyan Azərbaycan xüsusi xidmət orqanlarından son tapşırığı 1 sentyabr 2009-cu ildə alıb. Tapşırığı ona milliyyətcə azərbaycanlı olan İran vətəndaşı çatdırıb.

Məhkəmə iclasında Müdafiə Nazirliyinin keçmiş əməkdaşı dövlətə xəyanət və casusluq ittihamlarında yalnız bir epizod üzrə özünü təqsirli bilib. İran vətəndaşı isə ittihamları rədd edib.

Məhkəmənin qərarı ilə növbəti iclaslar qapıla keçiriləcək.

Xatırladaq ki, Q.Ayrapetyanın həbsi ilə bağlı məlumatlar yayıldıqdan sonra Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi onun Azərbaycanın xeyrinə casusluq etməsi barədə məlumatları cəfəngiyat adlandırıb. Nazirliyin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri bunu erməni tərəfinin növbəti ucuz təxribatı adlandırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar