Azərbaycan Yüksək Səviyyəli Seqmentdə iştirak edəcək
23 Fevral 2013 Şənbə 13:41
Xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə bu məqsədlə Cenevrəyə gedəcək.
Xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti fevarlın 24-26-da İsveçrənin Cenevrə şəhərinə səfər edəcək. XİN-nin mətbuat xidmətinin ANS PRESS-ə verdiyi məlumata görə, diplomatik heyət Cenevrəyə BMT-nin İnsan Hüquqları Şurasının 22-ci sessiyası çərçivəsində Yüksək Səviyyəli Seqmentdə iştirak etmək məqsədilə yola düşəcək.
Səfər çərçivəsində nazir müavini Xələf Xələfovun sözügedən tədbirdə çıxışı və bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar