Azərbaycan XİN Fransa Konstitusiya Şurasının qərarını müsbət qarşılayır
29 Fevral 2012 Çərşənbə 10:45
Ermənilər prezident seçkiləri öncəsi Fransanı şantaj edərək qanunu müzakirəyə çıxarsalar da, onların bu addımı fiaskoya uğradı.
“Fransa demokratiyanın mənbəyi kimi uydurma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunu təsdiqləsəydi, bu, ölkənin imicinə böyük zərər gətirərdi”. APA-nın xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.
Elman Abdullayev bildirib ki, Azərbaycan Fransa Konstitusiya Şurasının qanunu ləğv etmək barədə qərarını çox müsbət qarşılayır: “Ermənilər Fransada prezident seçkiləri öncəsi Fransanı şantaj edərək qanunu müzakirəyə çıxardılar. Amma onların addımı fiaskoya uğradı”.
DOSTLARINLA PAYLAŞ: