Azərbaycan xəritəsini təhrif edən reklam lövhəsi artıq Tiflisdə yoxdur
25 Yanvar 2010 Bazar Ertəsi 22:20
Lövhə asıldığı ərazidən çıxarılıb
Gürcüstanın paytaxti Tiflis şəhərində Azərbaycan xəritəsinin təhrif olunduğu Rustavi avtomobil bazarına məxsus reklam lövhəsi artıq yığışdırılıb. Qeyd edək ki, ANS-in Gürcüstan bürosunun araşdırmasından sonra məlum olmuşdu ki, avtomobil bazarının reklamına xidmət edən lövhədə göstərilmiş 3 Cənubi Qafqaz ölkəsinin xəritəsində Azərbaycanın Naxçıvan bölgəsi Ermənistanın ərazisi kimi təqdim edilib. Eyni məzmunlu təhrif Rustavi bazarına məxsus məlumatverici reklam bukletlərində də təkrarlanıb.

Yanvarın 21-də ANS TV-nin və Azərbaycanın Gürcüstandakı səfirliyinin məsələyə müdaxiləsindən sonra ticarət mərkəzinə rəhbərlik edən ukraynalı sahibkarlar bunun sırf texniki xəta olduğunu bildirib və tezliklə səhvin aradan qaldırılacağını vəd edib. Yalnız yanvarın 23-də Azərbaycan xəritəsinin təhrif olunduğu reklam lövhəsi asıldığı ərazidən çıxarılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar