Azərbaycan Xankəndi aeroportu məsələsini bir dəfəlik həll etməlidir
07 Noyabr 2011 Bazar Ertəsi 18:28
Cəsur Sümərinli: Ermənistan regionda gərginliyi artırmaq üçün növbəti təxribata əl atır.
Azərbaycanın işğal altında olan Xankəndi şəhərinin aeroportunun Ermənistan tərəfindən işə salınması istəyi Irəvanın regionda gərginliyi artırmaq üçün növbəti təxribatıdır. Bu barədə ANS TV-nin efirində hərbi şərhçi Cəsur Sümərinli bildirib.

«Onlar buna cəhd edəcəklər, hətta ola bilsin ki, hansısa bir uçuş da keçirsinlər. Yəqin düşünürlər ki, Azərbaycanın işğal olunmuş ərazilərini müstəqil dövlət kimi göstərmək üçün, bu, vacibdir»,- deyə hərbi ekspert vurğulayıb. Onun fikrincə, rəsmi Bakı qəti addımlar ataraq məsələni bir dəfəlik həll etməlidir.

Qeyd edək ki, Azərbaycan hökumətinin xəbərdarlıqlarına baxmayaraq, ermənilər işğal altındakı Xankəndi aeroportunu işə salmağa hazırlaşırlar. Ermənistan mətbuatının yaydığı məlumata görə, aeroportun uçuş-enmə zolağının gecə işıqlandırma sistemi sınaqdan keçirilib. Aeroportun açılışı bu il mayın 9-na planlaşdırılsa da, texniki səbəblər əsas gətirilərək, açılış qeyri-müəyyən vaxtadək təxirə salınıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar