Azərbaycan vətəndaşları Türkiyədə torpaq ala bilərlər
11 Aprel 2012 Çərşənbə 09:24
Türkiyə Böyük Millət Məclisinin Ədliyyə komitəsi müvafiq qanun layihəsinə müsbət rəy verib
Türkiyə Böyük Millət Məclisinin Ədliyyə komitəsi xarici vətəndaşlara Türkiyədə torpaq mülkiyyəti əldə etməyə imkan verən qanuna müsbət rəy verib. Bu barədə "Trend" "TRT Haber" telekanalına istinadən məlumat verir.
Əgər bu qanun parlament tərəfindən qəbul edilsə, bütün xarici vətəndaşlar, o cümlədən Azərbaycan vətəndaşları Türkiyədə torpaq mülkiyyəti ala biləcək.
DOSTLARINLA PAYLAŞ: