Azərbaycan vətəndaşları gələn ildən İrana vizasız gedə bilərlər
07 Dekabr 2009 Bazar Ertəsi 11:40
Azərbaycan vətəndaşları gələn ildən İrana vizasız gedə bilərlər. Bu barədə İranın Azərb aycandakı səfiri məlumat verib.
İran İslam Respublikasının Azərbaycanla bağlı qəbul etdiyi vizasız rejim sistemi yeni ildən tətbiq edilməyə başlayacaq. Bunu İranın Azərbaycandakı səfiri Məhəmməd Bagir Bəhrami deyib.

“Biz ümid edirik ki, Azərbaycan tərəfi də öz növbəsində İran vətəndaşlarının Azərbaycana gəlməsi üçün viza rejiminin ləğv edilməsi ilə bağlı qərar qəbul edəcək”, deyə səfir jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərionə görə, Azərbaycan vətəndaşları 2010-cu ilin yanvarın 1-dən başlayaraq İrana vizasız gedə biləcəklər və orada 1 ay qala bilələr.

“Lazım oduqda Azərbaycan vətəndaşları bir ay müdəti bitdikdən sonra Azərbaycana gələ və yenə İrana qayıda bilərlər”, deyə səfir qeyd edib. O həmçinin əlavə edib ki, bu təcrübə nəticə verərsə, İran hökuməti bu müddəti 3 aya qədər artıra bilər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar