Azərbaycan və Türkiyə prezidentləri təkbətək görüşüb
16 Avqust 2010 Bazar Ertəsi 18:40
Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə olunub.
Bu gün rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün təkbətək görüşü keçirilib. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq bildirilib, bu münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Yüksək səviyyədə qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan dövlət başçıları Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin genişlənməsinə töhfəsini verəcəyini vurğulayıbar. Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün təkbətək görüşü başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdullah Gül “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”ni imzalayıblar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar