Azərbaycan və Türkiyə arasında yeni qaz boru kəməri çəkiləcək
19 İyul 2010 Bazar Ertəsi 16:35
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Türkiyənin «BOTAŞ» şirkəti arasında birgə niyyət bəyannaməsi imzalanıb.
ARDNŞ-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın başçılıq etdiyi nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində ARDNŞ ilə «BOTAŞ» şirkəti Azərbaycan və Türkiyə arasında təbii qaz boru kəmərinin tikilməsi layihəsi üzrə danışıqlar aparıb.
Danışıqlar zamanı şirkətlər ARDNŞ-ın Naxçıvanda planlaşdırdığı investisiya layihələrini həyata keçirmək məqsədilə Türkiyədən Naxçıvana birgə qaz boru kəmərinin çəkilişi üzrə razılığa gəlib.
Görüşün yekununda ARDNŞ prezidenti Rövnəq Abdullayev və «BOTAŞ»ın baş meneceri Fazil Şenel tərəfindən birgə niyyət bəyannaməsi imzalanıb. apa
DOSTLARINLA PAYLAŞ: