Azərbaycan və Türkiyə arasında daha bir dəmiryol xətti
15 Yanvar 2013 Çərşənbə Axşamı 11:38
Azərbaycan-Türkiyə sərhədindən Türkiyənin Qars şəhərinədək yeni xəttinin tikintisi Bakı-Tbilisi-Qars dəmiryol əlaqəsinin yaradılmasından sonra başlaya bilər
Azərbaycan-Türkiyə sərhədindən Türkiyənin Qars şəhərinədək yeni dəmiryol xəttinin tikintisi Bakı-Tbilisi-Qars dəmiryol əlaqəsinin yaradılmasından sonra başlaya bilər. Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, hazırda Naxçıvan Muxtar Respublikası ilə Qarsı birləşdirəcək yeni dəmiryol layihəsi üzərində iş aparılır.
"Yeni dəmiryol layihəsi çox güman ki, Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi başa çatdıqdan sonra həyata keçiriləcək", - Əzməmmədov deyib. Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmiryolu 2014-cü ildə istismara veriləcək.
DOSTLARINLA PAYLAŞ: