Azərbaycan və Tacikistan diasporunun üzvləri görüşüb
12 İyul 2012 Cümə Axşamı 20:13
Sankt-Peterburqda azərbaycanlılarla taciklər arasında baş vermiş dava ilə bağlı məsələyə aydınlıq gətirilib.
Tacikistan prezidentinin Azərbaycana səfəri ərəfəsində Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlılarla taciklər arasında baş vermiş davanın səbəblərinin araşdırılması ilə bağlı şəhər rəhbərliyinə müraciət edilib.

Sankt-Peterburqda azərbaycanlılarla taciklər arasında baş vermiş dava ilə bağlı məsələyə aydınlıq gətirmək üçün Azərbaycan və Tacikistan diasporunun üzvləri arasında görüş keçirilib. Diaspor nümayəndələri insidentin millətlərarası münaqişə kimi qələmə verilməsinin qarşısını almağa çağırıblar.

Qeyd edək ki, baş verən insident nəticəsində 1 azərbaycanlı, 5 Tacikistan vətəndaşı bıçaq yarası alıb. İnsident zamanı 2 Tacikistan vətəndaşının öldüyü bildirilsə də, Azərbaycanın Sankt-Peterburqdakı konsulu Qüdsi Osmanov bunu təkzib edib.

Tacikistan vətəndaşını öldürdüyü ehtimal olunan azərbaycanlı saxlansa da, sonradan o buraxılıb. Hazırda onun axtarışları aparılır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar