Azərbaycan və Tacikistan arasında bir sıra sənədlər imzalandı
12 İyul 2012 Cümə Axşamı 12:51
Sənədlər Azərbaycan və Tacikistan prezidentlərinin təkbətək görüşü başa çatandan sonra imzalanıb.
Azərbaycan prezidenti İlham Əliyev və Tacikistan prezidenti Emoməli Rəhmonun iyulun 12-də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Tacikistan sənədlərinin imzalanma mərasimi olub.
ANS PRESS-in məlumatına görə, ilk olaraq prezidentlər “Azərbaycan Respublikası Prezidentinin və Tacikistan Respublikası Prezidentinin Birgə Bəyanatı”nı imzalayıblar.
Daha sonra digər sənədlərin imzalanması olub.
“Bakı Dövlət Universiteti və Tacikistan Milli Universiteti arasında əməkdaşlıq haqqında Müqavilə”ni Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov və Tacikistan Respublikasının təhsil naziri Nuriddin Saidov, “Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Tacikistan Respublikası Milli Olimpiya Komitəsi arasında əməkdaşlıq haqqında Memorandum”u Azərbaycanın Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Tacikistanın Gənclər, İdman və Turizm Komitəsinin sədri Malikşo Nematov, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Tacikistan Respublikası Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İsmət Abasov və Tacikistan Respublikasının kənd təsərrüfatı naziri Kosim Kosimov, “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Tacikistan Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol”u Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Tacikistan Respublikasının xarici işlər naziri Xamroxon Zarifi, “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov və Tacikistan Respublikasının mədəniyyət naziri Mirzoşoxrux Asrori, “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında gənclərlə iş və idman sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov və Tacikistan Respublikasının Gənclər, İdman və Turizm Komitəsinin sədri Malikşo Nematov, “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında təhsil sənədlərinin, elmi dərəcələrin və elmi adların qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”i Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov və Tacikistan Respublikasının təhsil naziri Nuriddin Saidov, “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında 2013-2015-ci illər üçün iqtisadi əməkdaşlıq üzrə Proqram”ı isə Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri, hökumətlərarası komissiyanın həmsədri Şahin Mustafayev və Tacikistan Respublikasının xarici işlər naziri Xamroxon Zarifi imzalayıblar.
DOSTLARINLA PAYLAŞ: