Azərbaycan və Rusiya Xəzərdə birgə təlim keçirib
16 İyun 2010 Çərşənbə 14:50
Azərbaycan və Rusiya Xəzərdə birgə təlim keçirib. Təlimlər üç mərhələdə həyata keçirilib.
Azərbaycan Dövlət Sərhəd Xidməti və Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti Xəzərdə birgə təlimlər keçirib. Əməliyyat-taktiki təlimlər “Xəzər dənizi hövzəsində terror və qaçaqmalçılıq fəaliyyəti, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya və digər qanuna zidd hərəkətlərin aşkarlanması və qarşısının alınması, bioloji sərvətlərin qorunması, qəzaya uğramış gəmiyə yardım və insanların xilas edilməsi” mövzusunda keçirilib.
Üç mərhələdə keçirilən təlimlərdə şərti sərhəd pozucusu olan gəminin axtarışı, dayandırılması və gəmi heyətinin zərərsizləşdirilməsi, qəzaya uğramış gəmiyə köməklik göstərilməsi və dənizə düşmüş insanların xilas edilməsi, gəmi artilleriyasının tətbiqi elementləri icra olunub. Əməliyyat-taktiki təlimlərə sərhəd gözətçi gəmiləri, iti sürətli katerlər, çevik qruplar, texniki müşahidə məntəqələri və sərhəd aviasiyası da cəlb edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: