Azərbaycan və Rusiya sərhədçiləri Xəzərdə birgə təlimi keçirilə bilərlər
18 Noyabr 2011 Cümə 13:56
Gələn il Azərbaycan və Rusiya sərhədçilərinin Xəzər dənizində birgə təlimi keçirilə bilər.
APA-nın məlumatına görə, bu barədə Bakıda jurnalistlərə açıqlamasında Rusiya Federal Təhlükəsizlik Xidmətinin Cənub Regional Sərhəd İdarəsinin rəisi, general-polkovnik Nikolay Lisinski bildirib.
General Lisinskinin sözlərinə görə, plan üzrə keçiriləcək təlimlə bağlı hazırda müzakirələr aparılır, tərəflər bir sıra məsələlərdə hələlik ortaq mövqeyə gəlməyib.
«Biz istəyirik ki, təlimlər ikitərəfli formatdan çıxsın. Digər Xəzəryanı dövlətlər - Qazaxıstan, Türkmənistan və İran da burada iştirak etsin», - deyə general vurğulayıb.
N. Lisinski onu da əlavə edib ki, yaxın vaxtlarda Moskvada bununla bağlı qeyd olunan dövlətlərin sərhəd idarələrinin rəhbərlərinin iştirakı ilə danışıqların aparılması da planlaşdırılır.
DOSTLARINLA PAYLAŞ: