Azərbaycan və Rusiya Qəbələ RLS müzakirə edib
25 İyul 2011 Bazar Ertəsi 13:35
Rusiyasının müdafiə naziri Anatoli Serdyukov müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşüb.
Bu gün ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukovun Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra rusiyalı qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himnləri səslənib.
Geniştərkibli görüşündə Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığının inkişaf perspektivləri, regionda mövcud hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Qəbələ RLS ilə bağlı fikir mübadiləsi aparılıb.
Nazir S.Əbiyev bildirib ki, Azərbaycanla Rusiya arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əlaqələr sürətlə inkişaf edir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Rusiya tərəfinin, xüsusilə prezident Dimitri Medvedyevin səylərininin təqdirə layiq olduğunu bildirən Səfər Əbiyev qeyd edib ki, qısa zaman ərzində prezidentlər arasında təşkil edilən çoxsaylı görüşlər problemin sülh yolu ilə həll edilməsinə ümidləri artırır. Eyni zamanda nazir Səfər Əbiyev bildirib ki, bununla paralel olaraq Azərbaycan öz ordusunu gücləndirməkdə davam edir. Sonra nazirlər arasında təkbətək görüş keçirilib. anspress
DOSTLARINLA PAYLAŞ: