Azərbaycan və Rusiya qaz tədarükünü müzakirə ediblər
18 İyul 2011 Bazar Ertəsi 16:16
Bu barədə Rusiyada səfərdə olan Elmar Məmmədyarov bildirib.
"Azərbaycan və Rusiya arasında iqtisadi münasibətlər inkişaf edir, iki ölkə arasında mal dövriyyəsi artır, bunun gələcəkdə də artması üçün real imkanlar mövcuddur". Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi danışıqların nəticəsinə dair məlumat verərəkən bildirib.

“Biz Baku-Novorossisk boru kəməri üzrə əlavə neftin nəql edilməsi və qaz tədarüklərinin artırılması ilə bağlı məsələlələri müzakirə etdik”,- deyə E. Məmmədyarov söyləyib.

Elmar Məmmədyarovun sözlərinə görə, Azərbaycanın Dövlət Neft Şirkəti bu məsələ ilə əlaqədar rusiyalı tərəfdaşları ilə danışıqlar aparırlar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar