Azərbaycan və Rusiya prezidentləri xizək sürüb
26 Yanvar 2010 Çərşənbə Axşamı 11:45
Medvedev, Əliyev və Sarkisyanı dağ xizəkçiliyi üzrə yarışlaırn keçiriləcəyi yerlərlə tanış edib
Rusiya prezidentinin dəvəti ilə Azərbaycan və Ermənistan prezidentləri "Krasnaya Polyana" dağ xizək kompleksində də olublar.
Xatırladaq ki, 2014-cu ilin qış olimpiya oyunları Rusiyanın Soçi şəhərində keçiriləcək. Rusiya prezidenti artıq indidən bu kompleksin olimpiya oyunlarına hazır olduğunu əyani şəkildə hər iki ölkənin prezidentinə nümayiş etdirib. Azərbaycan və Rusiya prezidentləri hətta dağ xizəkçiliyi üzrə yarışların keçiriləcəyi ərazidə xizək də sürüblər.

Xatırladaq ki, dünən Rusiyanın Soçi şəhərində Azəbaycan, Rusiya və Ermənistan prezidentlərinin arasında üçtərəfli görüş olub. Görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Dövlət başçısı artıq Vətənə qayıdıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar