Azərbaycan və Portuqaliya arasında viza rejmi ləğv edilib
22 Noyabr 2010 Bazar Ertəsi 18:20
Bu, diplomatik, xidməti və xüsusi pasportlara malik olan şəxslərə şamil edilir
Azərbaycan Respublikası və Portuqaliya Respublikası arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında saziş imzalanıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə daxil olan məlumata görə, bu haqqa sənəd 20 noyabr 2010-cu il tarixində nazir Elmar Məmmədyarovun Lissabon şəhərində təşkil olunmuş NATO Sammiti çərçivəsində Portuqaliyanın Dövlət və Xarici İşlər Naziri Luis Amado ilə keçirilmiş görüşü zamanı imzalanıb.





DOSTLARINLA PAYLAŞ:

oyunlar