Azərbaycan və Özbəkistan arasında sazişi imzalanıb
30 Noyabr 2010 Çərşənbə Axşamı 03:20
Səfər Əbiyev bu gün Özbəkistan rəsmiləri ilə görüşləri davam etdirəcək
Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Özbəkistanın müdafiə naziri, general-mayor Kabil Berdiyevin dəvəti ilə Özbəkistanda səfərdədir. Səfər Əbiyevin özbək həmkarı ilə görüşündə ölkələrimiz arasında hərbi sahədə iktərəfli əməkdaşlıq məsələləri müzakirə edilib, Cənubi Qafqaz və Orta Asiya regionundakı hərbi-siyasi vəziyyət diqqət mərkəzində olub.
Özbəkistan və Azərbaycanın müdafiə nazirlikləri arasında 2011-ci il üçün ikitərəfli əməkdaşlıq Planı imzalanıb.
Sonra nazirlər Daşkənd Ali Ümumqoşun Komandirləri Məktəbinə gediblər və qonaq burada kursantlara yaradılmış şəraitlə tanış olub.
Noyabrın 30-da Səfər Əbiyev Özbəkistanın baş naziri Şavqat Mirziyayev, parlamentin yuxarı palatası - Senatın sədri İlqizar Sabirov və parlamentin aşağı palatası - Ali Məclisin sədri Dilarom Taşmuxamçedova ilə görüşəcək, Daşkəndin gəzməli yerlərinə baxacaq.
DOSTLARINLA PAYLAŞ: