Azərbaycan və Moldova xarici işlər nazirləri arasında görüş keçirilib
18 Yanvar 2012 Çərşənbə 18:22
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moldova Respublikasının xarici işlər və Avropa inteqrasiyası naziri İuri Leanka ilə görüş keçirib.
XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, E. Məmmədyarov Azərbaycanla Moldova arasında münasibətlərin müxtəlif sahələrdə yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq, iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyini qeyd edib. O, həmkarına regional enerji layihələri və regional əməkdaşlıq barədə məlumat verib.
Qonaq ölkəsinin Azərbaycanla enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verdiyini söyləyib.
Tərəflər GUAM çərçivəsində əməkdaşlığın genişləndirilməsin vacibliyini vurğulayıblar.
Görüş zamanı qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
DOSTLARINLA PAYLAŞ: